Quruluşu. Qlükoza molekülü suda məhlulda 3 izomer şəklində - beşatomlu aldehidspirt və 2 tsiklik - a və β-tsiklik formalarda mövcuddur. Qlükoza molekülünün aldehidspirt formasında şaxəsiz karbon zəncirində 5 -OH və 1 aldehid qrupu vardır:
Qlükozanın tsiklik formalarının hər birində də 5 -OH qrupu vardır, lakin aldehid qrupu yoxdur:
suda | β-tsiklik forma | aldehidspirt forma | α-tsiklik forma |
məhlulda: | (≈63%) | (≈0,1%) | (≈37%) |
•Qlükoza molekülünün aldehidspirt və 2 tsiklik formaları (tsiklin karbon
atomları
göstərilmir)
|
Qlükozanın suda məhlulunda aldehidspirt forma çox az (≈0,1%) miqdarda olur, α-tsiklik formada C1 və C2 karbon atomları ilə birləşmiş -OH qrupları molekul tsiklinin eyni tərəfində, β-formada isə tsiklin müxtəlif tərəflərində yerləşir.
Qlükoza kristal halında α-tsiklik formada olur. Suda məhlulda isə o, əsasən, bir-birinə aldehidspirt forması vasitəsilə böyük sürətlə çevrilən α- və β-formalarda olur (β-forma üstünlük təşkil edir).
Qlükozanın α və β-formalarının bir-birinə çevrilməsi hadisəsi tautomerlik, α və β-formalar isə tautomerlər adlanır. Tautomerlər məhlulda dinamik tarazlıq halında olur.
Qlükozanın aldehidspirt formasının tsiklik formaya çevrilməsi hadisəsinin necə baş verdiyini izah edin.