Karbohidratlar - tərkibində hidroksil qrupları, həmçinin aldehid və ya karbonil qrupu olan maddələrdir. Onların belə adlandırılması onunla əlaqədardır ki, bu birləşmələrin ilk öyrənilən nümayəndələri tərkibinə görə sanki karbonla suyun birləşmə məhsulları idi: Cn(H2O)m (n və m ≥3). Sonralar bu formula uyğun gəlməyən, lakin başqa əlamətlərinə görə bu sinfə mənsub olan karbohidratlar, məsələn, C6H12O5- ramnoza, C5H10O4- dezoksiriboza və s.-nin aşkar olunmasına baxmayaraq karbohidrat adı hələ də istifadə olunmaqdadır.
Karbohidratlar monosaxaridlərə, disaxaridlərə və polisaxaridlərə bölünür:
Tərkibində aldehid qrupu olan monosaxaridlər aldozalar, keton qrupu olanlar isə ketozalar adlanır.
Formaldehid (CH2O), sirkə turşusu [C2(H2O)2] və s. üzvi birləşmələrin tərkibləri Cn(H2O)m formuluna uyğun gəlsə də, bir sıra xassələrinə görə onlar karbohidratlardan fərqlənir.
Saccharum - latınca şəkər qamışı deməkdir.
Molekulda karbon atomunun sayına görə monosaxaridləri triozalara (n = 3), tetroza- lara (n = 4), pentozalara (n = 5), heksozalara (n = 6) və s.-yə bölürlər; məsələn, qlükoza - aldoheksoza, fruktoza isə ketoheksozadır:
Riboza [C5H10O5] və dezoksiriboza [C5H10O4] isə pentozalara aiddir.