Sabun və sintetik yuyucu maddələrin formullarını ümumi şəkildə belə göstərmək olar:
Sintetik yuyucu maddələrin də çatışmayan cəhəti var. Onlar sabundan fərqli olaraq istifadə edildikdən
sonra təbii şəraitdə çətin parçalanır və ətraf mühitə zərərli təsir göstərir, məsələn, suyun flora və
faunasını məhv edir.
Sintetik yuyucu maddələr müəyyən əlavələrlə - köpük stabilizatoru, ağardıcı və optiki
parıldadıcı
maddələrlə birgə istifadə olunur.
• Bilirsinizmi •
• Sabun necə yuyur
Su mühitində sabun "molekulları" (məs.: RCOONa) Na
+ ionu və turşu qalığı anionuna dissosiasiya edir.
RCOO
- anionlarının hidrofil polyar -COOH qrupları su molekulları ilə hidratlaşdığı, R radikalları isə
hidrofob olduqları üçün turşu qalıqları sabun mitseli şəklində toplanır
(a).
Çirklənmiş məmulatın (parçanın) suda yuyulması prosesində sabunun karbohidrogen hissəsi qeyri-polyar
maddələrdən təşkil olunmuş çirkə (yağlara, neft ləkələrinə) daxil olaraq onları qopardaraq özündə "həll
edir"
(b). Daxilində çirk olan sabun hissəciyi
(b) su ilə islandığı üçün asanlıqla su ilə yuyulur.
- Adətən, yun və ipək məmulatların yuyulmasında tərkibində soda və digər qələvi xassəli maddələr
olmayan tozlardan istifadə edilməsi tövsiyə olunur.
Pambıq və kətandan hazırlanmış parçaların yuyulmasında isə tərkibində soda, natrium-silikat və
natrium-polifosfat olan yuyucu tozlardan istifadə etmək tövsiyə olunur, çünki bu parçalar qələvi
mühitə davamlıdır.