Alınmış duzlara qliserin, boya, ətirli və antiseptik maddələr, eləcə də bitki ekstraktları əlavə edərək sabun hazırlanır.
Sabunlar cod suda pis yuyur, çünki sabunu təşkil edən turşu qalıqları cod suyun tərkibində olan Ca2+ və Mg2+ ionları ilə çöküntü verir və sabunun yuyuculuq qabiliyyəti azalır:
Digər tərəfdən sabunun hidrolizi nəticəsində əmələ gələn qələvi mühit parçalara təsir edərək parçanın keyfiyyətini aşağı salır. Ona görə də məişətdə və istehsalatda sabunla yanaşı, yuxanda göstərilən çatışmayan cəhətlərə malik olmayan sintetik yuyucu maddələrdən istifadə olunur.
Sintetik yuyucu maddələr - ali biratomlu spirtlərin sulfat turşusu ilə əmələ gətirdiyi turş mürəkkəb efirlərinin natrium duzlarıdır.
Ümumi şəkildə sintetik yuyucu maddələrin əmələ gəlməsini aşağıdakı iki tənliklə göstərmək olar:
Ali spirtlərin molekullarında karbohidrogen radikalı (R), adətən, şaxəsiz quruluşa malik doymuş, aromatik və s. təbiətli karbohidrogen radikalı olur.
Palmitat ionunun hansı hissəsi suya, hansı hissəsi yağlara hərisdir?
Natrium-palmitat "molekülünün" suda dissosiasiyasından əmələ gəlmiş palmitat ionunun mənfi yüklü karboksil qrupu polyar su molekullarını özünə cəzb edərək suya həris olur.
Palmitat ionunun karbohidrogen radikalı isə yüksüz və qeyri-polyar olduğu üçün o, polyar su molekullarından uzaqlaşmağa çalışaraq qeyri-polyar quruluşa malik yağlarla təmasda olacaq. Ona görə də sabunun karbohidrogen radikalı yağlara hərisdir və yuma prosesində yağ hissəciklərinin məmulatdan yuyulmasında iştirakedir.
Sintetik yuyucu maddəni təşkil edən dodesilsulfat ionunda [CH3-(CH2)10CH2-O-SO2O-] hidrofil və hidrofob hissələri müəyyən edin.