3.5. SABUN VƏ SİNTETİK YUYUCU MADDƏLƏR
• Keçdiklərinizi xatırlayın •
- Nə üçün sabunla yuma prosesində cod sudan istifadə edilməsi məqsədəuyğun deyil?
- Palmitin turşusu molekülünün hansı hissəsi hidrofil, hansı - hidrofob xassəlidir?
Sabun hələ eramızdan 2800 il əvvəl qədim Şumer və Babildə hazırlanırmış. Qədim əlyazmaya görə,
sabun küncüt yağı, qələvi, su və laym (sitrus bitkisi) şirəsindən hazırlanmış qarışığın
qaynadılması yolu ilə əldə edilirmiş.
|
- Sizcə, bu məlumata əsasən sabunun əsas tərkib hissəsi nədən ibarətdir?
|
• Sabun
Sabun - ali karbon turşularının natrium və kalium duzlarıdır.
Fəaliyyyət • |
Sabun və sintetik yuyucu maddələrin yuma qabiliyyətinin müqayisəsi.
|
Təchizat: iki sınaq şüşəsi, kalsium-xlorid məhlulu, sabun, sintetik yuyucu toz.
İşin gedişi: iki sınaq şüşəsinə 3-4 ml cod su (məsələn, kalsium-xloridin məhlulunu) əlavə edin. Sınaq
şüşələrini çalxalamaqla birinə damcı-damcı sabun, digərinə sintetik yuyucu toz məhlulunu əlavə edin.
Müzakirə edin:
- Hansı halda dayanıqlı köpük yaranana qədər daha çox həcmdə yuyucu məhlul əlavə edildi?
- Hansı yuyucu sistem cod suda da öz yuyuculuq qabiliyyətini saxlayır? Nə üçün?
Adi sabun əsas etibarilə palmitin, stearin və olein turşularının duzları qarışığından ibarətdir. Natrium
duzlan bərk sabunun, kalium duzları isə maye sabunun əsas tərkib hissəsidir. Natrium duzlarına nisbətən
kalium duzları suda daha yaxşı həll olur və bu səbəbdən kalium duzlarından ibarət sabunlar daha güclü
yuyucu təsirə malikdir.
Hazırda sabun istehsalında lazım olan karbon turşuları, əsasən, neft parafinlərini oksidləşdirməklə
alınır:
Maye və bərk sabunun əsas tərkib hissəsi olan duzların alınmasını aşağıdakı tənliklərlə ifadə etmək olar: