■
ÖYRƏNDİKLƏRİNİZİ TƏKMİLLƏŞDİRİN
■ REFLEKSİYA VƏ QİYMƏTLƏNDİRMƏ
■ I. Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.
• ... reaksiyası üzrə maye yağlardan bərk yağları almaq olar.
• Bərk yağlar, adətən, tərkibində ... turşularının qalıqlarını saxlayır.
• Maye yağlar, əsasən, ... mənşəli yağlardır.
■ II. Suala cavab verməklə mövzu haqqında rəyinizi bildirin.
- Dərsdə öyrəndiklərinizi harada tətbiq edə bilərsiniz?
■ III. Tapşırıqları yerinə yetirin.
1. Bərk və maye yağlara aid olanları müəyyən edin.
1. Adətən, tərkibində doymuş karbon turşularının qalıqlarım saxlayır.
2. Adətən, tərkibində doymamış karbon turşularının qalıqlarını saxlayır.
3. Əsasən, bitki mənşəli yağlardır.
4. Əsasən, heyvan mənşəli yağlardır.
5. Orqanizmdə hidrolizə uğrayır.
bərk yağlar__ |
maye yağlar __ |
2. Hansı sxemlər yağların sabunlaşmasını əks etdirir?
3. Uyğunluğu müəyyən edin.
1. qoyun piyi
2. balıq yağı
3. zeytun yağı
4. hindqozu yağı
5. pambıq yağı
6. qarğıdalı yağı
|
bərk yağlar __
maye yağlar __
|
4.133 q bərk yağın hidrolizindən bir növ doymuş birəsaslı karbon turşusu və 15,18
q qliserin
alınmışdır. Alınan turşunu müəyyən edin. Mr(qliserin) = 92.
- Tərkibində a, b və c bəndlərindəki turşu qalıqları saxlayan triqliseridləri ərimə
temperaturlarının artması sırası üzrə düzün.
a. palmitin, palmitin, stearin
b. olein, stearin, palmitin
c. olein, linol, olein