Qida şəklində qəbul edilmiş yağlar insanın həzm orqanlarında lipaza fermentinin təsirindən hidrolizə uğrayır. Hidroliz məhsullarından - qliserin və ali karbon turşularından digər fermentlərin iştirakı ilə həmin orqanizmə xas olan yeni yağ sintez olunur.
Yağların hidrolizi dönən prosesdir. Reaksiyanı qələvinin (və ya sodanın) iştirakında apardıqda hidroliz dönməyən olur:
Əvvəllər bu reaksiya üzrə sabun alındığı üçün yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır.
Maye yağların tərkibindəki ikiqat C=C rabitəsini hidrogenləşdirdikdə maye yağlar bərk yağa çevrilir:
Bu reaksiyadan sənayedə bitki yağlarından marqarinin alınmasında istifadə olunur. Marqarin hidrogenləşdirilmiş yağla heyvan piyi, süd və digər maddələr (duz, şəkər, vitamin və s.) qarışığından ibarətdir.
Tətbiqi. Texnikada yağlardan qliserin, karbon turşuları, sabun almaq üçün geniş istifadə olunur.
Yağlar qidanın mühüm tərkib hissəsi olub canlıların həyatında vacib rol oynayır. Onlar orqanizmin əsas enerji mənbəyidir.
Yağların oksidləşməsindən alman enerji zülal və ya karbohidratlann oksidləşməsindən alman enerjidən təxminən 2 dəfə çoxdur:
yağ: ≈39kC/q; | zülal: ≈19 kC/q; | karbohidrat: ≈17kC/q. |