■ REFLEKSİYA VƏ QİYMƏTLƏNDİRMƏ
■ 1. Fikirləri tamamlayın və onların düzgünlüyünü mətnə əsasən yoxlayın.
• Mürəkkəb efirin hidrolizi turş mühitdə aparıldıqda reaksiya ... getmir.
• Mürəkkəb efirin qələvi mühitdə hidrolizi ... reaksiyadır, çünki ... qarşılıqlı təsirdə olmur.
• Etilasetat sirkə turşusundan daha uçucudur, çünki ...
■ II. Suala cavab verməklə mövzu haqqında rəyinizi bildirin.
- Dərsdən gözləntiləriniz özünü doğrultdumu?
■ III. Tapşırıqları yerinə yetirin.
1. Metilformiata aid olan ifadələri müəyyən edin.
1. uçucu mayedir
4. hidrolizə uğrayır
|
2. xoş iyə malikdir
5. tərkibində -OH qrupu saxlayır
|
3. suda həll olur |
2. Mürəkkəb efirlərin tətbiq sahələrini göstərin.
1. sərinləşdirici içkilərin istehsalında
3. ətirlərin istehsalında
|
2. lakların həlledicisi kimi
4. plastik kütlələrin istehsalında
|
3. Sxem üzrə alman mürəkkəb efiri adlandırın
4.17,6 q mürəkkəb efirin hidrolizindən doymuş birəsasb karbon turşusu və 12 q propil spirti alınmışdır.
Alınan turşunu müəyyən edin.
5. Mürəkkəb efirlərə aid fikirlərə münasibət bildirin və cavabınızı əsaslandırın.
|
Bəli (+) |
Xeyr(-) |
Mürəkkəb efirin turş mühitdə hidrolizi ilə sabun almaq olar |
|
|
Metilformiat metanoldan daha yüksək temperaturda qaynayır |
|
|
Metilformiat metan turşusundan daha yüksək temperaturda qaynayır |
|
|
Ali karbon turşularının mürəkkəb efirləri suda həll olur
|
|
|
Metilformiat molekullan arasında hidrogen rabitəsi yaranmır
|
|
|
6. X, Y və Z maddələrini müvafiq olaraq müəyyən edin.
7. Mürəkkəb efirlərin fiziki və kimyəvi xassələrini xarakterizə edin. Kimyəvi reaksiyaların təntiklərini
tərtib edin.
8. Çevrilmələrin təntiklərini tərtib edin.
C2H6 -> C2H5Cl -> C2H5OH ->
CH3COOH -> CH3COOC5H11 -> C5H11OH
••• Dərsdən
SONRA
|
"Mürəkkəb efirlər qidamızda" adlı referat hazırlayın.
|