Fiziki xassələri. Birəsaslı karbon turşularının kiçik molekul kütləli mürəkkəb efirləri suda həllolan, sudan yüngül, uçucu mayelərdir. Molekullannda hidroksil qrupu olmadığından mürəkkəb efir molekulları arasında hidrogen rabitəsi yaranmır. Mürəkkəb efirlər onlara izomer olan karbon turşularından aşağı temperaturda qaynayır.
Mürəkkəb efirlərin çoxu xoşagələn meyvə iylidir.
Kimyəvi xassələri. Mürəkkəb efirlərin kimyəvi xassələri onların molekullarında mürəkkəb efir rabitəsinin (R1CO-OR2) asan qırılması ilə əlaqədardır; məsələn, bu birləşmələrə su ilə təsir etdikdə efirin hidrolizi baş verir və nəticədə müvafiq turşu və spirt əmələ gəlir:
Hidroliz qələvi mühitdə aparıldıqda reaksiya spirt və karbon turşusu duzunun alınması ilə nəticələnir və reaksiya dönməyən olur:
Hidroliz mürəkkəb efirlərin ən mühüm xassəsidir. Sadə efirlər hidrolizə uğramır.
Tətbiqi. Mürəkkəb efirlərdən həlledici kimi istifadə üzvi şüşə olunur. Mürəkkəb efirlər meyvə essensiyalan şəklində digər ətirli maddələrlə yanaşı, meyvə şirələrinin, sərinləşdirici içkilərin və qənnadı məmulatlarının istehsalında dad əlavələri kimi, habelə ətir və odekolon hazırlanmasında işlədilir.
Doymamış mürəkkəb efirlərdən - metilakrilat (CH2=CH-COOCH3) və metilmetakrilat plastik kütlələrin istehsalında geniş istifadə olunur.
Məsələn, polimetilakrilat süni dəri və yapışqan istehsalmda tətbiq edilir. Polime- tilmetakrilat isə pleksiqlas adlanan üzvi şüşənin (a) , diş protezlərinin, saat şüşələrinin və s. istehsalında istifadə olunur.