28. NƏQLEDİCİ MAŞINLAR
Uzaq keçmişdə insan əşyaları müxtəlif hündürlüyə qaldırırdı. Misir piramidalarını tikərkən ağır daşların müəyyən hündürlüyə necə qaldırılması hələ də sirr olaraq qalır.
Şəkillərdə təsvir olunmuş maşınlar nəqledici maşınlar adlanır. Bu maşınlara tikinti meydançalarında daha çox rast gəlinir. Çünki onlardan müxtəlif yüklərin qaldırılmasında və nəql edilməsində istifadə edilir.
Qaldırıcı kran və yükqaldıran maşın yükü müxtəlif hündürlüyə qaldırır.
Beton nasosu betonqarışdırıcıdan maye betonu tikilən binanın müxtəlif hündürlüyünə nəql edir.
Ekskavator, buldozer, qreyder torpağın və ya daşın yerini dəyişir. Eskalator metroda sərnişinləri endirib-qaldırır.
«Nələri nəql edərək işi daha tez yerinə yetirmək olar?» mövzusunda mətn yazın.