Cərgələrin və hər cərgədəki əşya sayına görə şərti şəkillər çəkin.
Ümumi sayı toplama və vurma əməli ilə tapın.
4 cərgə, hər cərgədə 5 dibçək
3 cərgə, hər cərgədə 6 stul
2 cərgə, hər cərgədə 8 kitab
2.
Əməlləri yerinə yetirin və qarşılıqlı əlaqəli misalları birləşdirin.
3.
Qubada yerləşən istirahət mərkəzlərindən birində 8 qonaq otağı var. Hər otaqda ən çoxu 4 nəfər qala bilər. Eyni vaxtda bu mərkəzə 40 turist gələrsə, onların neçə nəfərini burada yerləşdirmək mümkün olmayacaq?
4.
a) 8; b) 12; c) 16; d) 18 sayda əşyanın eynisaylı qruplarla müxtəlif cür düzülüşünü dəftərinizdə damaları rəngləməklə modelləşdirin. Hər bir modelə uyğun vurma və bölmə əməllərinə aid misallar yazın və həll edin.