1. [Ə] səsini müəllimlə birlikdə tələffüz edin, sonra “Əə” hərfini yazın
2*. Şəkildə gördüyünüz əşyaların adlarını Azərbaycan dilində deyə bilərsinizmi?
♦ Müəllimin köməyi ilə bu sözlərdə [ə] səsinin sayını və yerini müəyyənləşdirməyə çalışın. Təhsil aldığınız dildə də bu səs varmı?
3. Müəllimlə birlikdə tələffüz edin.
[nə], [mə], [ən], [ət], [əl], [tə], [də], [lək], [çək], [mək], [təb], [dəf], [ləm], [yə], [əy], [sən], [mən], [dən], [şən], [ək], [əs], [səs]
♦ Bu hecaların içərisindən həm də söz kimi işlənənləri tapın. Onların mənasını bilirsinizmi?
4*. Şəkildə gördükləriniz əsasında cümlələr qurun.