HEYVANLAR
Canlılar aləminin böyük bir qismini heyvanlar təşkil edir. Heyvanların bir hissəsi suda, bir hissəsi quruda yaşayır. Həm suda, həm də quruda yaşayan heyvanlar da vardır.
Ev heyvanları. Bəzi heyvanlar insanlar tərəfindən bəslənilir. Bunlar ev heyvanlarıdır. Bu heyvanlardan bir çoxunu hamı tanıyır. Toyuq, ördək, qaz, inək, qoyun, keçi, at ev heyvanlarıdır.
Vəhşi heyvanlar. Meşə və çöllərdə yaşayan heyvanlar vəhşi heyvanlardır. Onların bəziləri otla, bəziləri isə ətlə qidalanır. Ətyeyən heyvanlara yırtıcı heyvanlar deyilir. Canavar, tülkü, aslan, pələng yırtıcı heyvanlardır. Kenquru, maral, fil isə otyeyən heyvanlara aiddir.