Bu üçrəngli bayrağım
Gözümün işığıdır.
Azadlıq yağışından
Doğan göy qurşağıdır.
Üstündəki ay-ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır,
Yolumuzun üstünə
İşıq saçan mayakdır.
Rafiq Yusifoğlu
“Qaş” sözünü aşağıdakı mənalarda cümlələrdə işlət.
Cümlələri izah et.
Azərbaycan bayrağındakı rəng və nişanların mənalarını araşdır.