İntibah
(Renessans) üslubu

Barokko üslubu

Rokoko üslubu

Bu dövrdə mebellərin ornamentlərlə bəzədilməsi, inkrustasiya1 (qaxma) texnikası və ağac üzərində oyma çox geniş yayılmışdır.

Barokko üslubuna aid mebellər qızılı rəng və zəngin inkrustasiyalarla (qaxmaqla) işlənilmişdir. Belə mebellərin üzəri dekorativ parçalarla örtülür və saçaqlarla bəzədilirdi. Barokko üslubunda olan mebeldə çox təmtəraqlı, mürəkkəb motivli dekorlar meydana gəlmişdir.

Rokoko üslubu. Bu mərhələ Fransada kral XV Lüdovikin hakimiyyəti illərinə düşür, ona görə də fransız rokoko üslubunu bəzən XV Lüdovikin üslubu da adlandırırlar. Rokoko üslubu mebellərin əsasən ornamental-dekorativ quruluşunda ifadə olunmuşdur.

Orta əsrlərdə interyerin tərtibatında mebellər çox mühüm rol oynamışdır. Bu dövrdə mebel otaqlarda müəyyən bir üslub və ya mühit yaratmaqla bina daxilində insanın rahatlıq və komfortunun səviyyəsinə də təsir göstərmişdir.

Sərbəst iş üçün tapşırıqlar

Boyalar, rəngli karandaşlar, flomasterlər

Müəyyən et

  1. Mebellərin əsasını hansı həndəsi forma təşkil edir?
    Sənə tanış olan memarlıq üslubları, geyimlər və müxtəlif mebellər arasında ümumi olan nədir? Albomda cədvəli çək və onları göstərməyə çalış.

1 İnkrustasiya (latınca incrustatio, hərfi mənası - qabıqla örtmə) - məmulatın, həmçinin binaların oyma naxışlar və üst qabığına keramika, metal, sədəf, fil sümüyü və rəngli daş parçaları yerləşdirməklə yaradılan təsvirlərlə bəzədilməsi.