Azərbaycan milli geyim məktəbi, əsasən, XVI-XVII əsrlərdə yaranmış və xalqımızın tarixi keçmişi ilə sıx bağlı olmuşdur. O zamanlar insanların iqtisadi və sosial vəziyyətindən asılı olaraq milli geyimlər də fərqli olurdu. Bu fərqlər geyimin biçimində və ya siluetində deyil, onun tikildiyi parça və bəzəklərində daha qabarıq əks olunurdu.

Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bunlar: Bakı, Quba, Qarabağ, Gəncə, Qazax, Şamaxı, Naxçıvan və Şəki bölgələridir.

Qeyd olunmuş tarixi-etnoqrafik bölgələrdə kişi və qadın geyimləri, əsasən, oxşar idi. Yalnız bu bölgələrin əhalisinin geyimlərində olan kiçik fərqlər milli geyimlərdə əks olunmuşdur.

Tanış ol

Azərbaycanın müxtəlif tarixi-etnoqrafik bölgələrinin
milli geyimləri. XIX əsr

Qarabağ

Naxçıvan

Milli geyimləri nəzərdən keçir. Geyimlərdəki hansı əlamətlərə görə insanın yaşını, peşəsini və sosial vəziyyətini müəyyən etmək olar?