Suda üzməsində üzgəclər əsas rol oynayır. Üzgəclər tək və cüt olur. Bədən səthi sümük pulcuqlarla örtülmüşdür. Dəridə çoxlu selik ifraz edən vəzilər olur. Selik qatı pulcuqların üzərini örtərək balığın sürtünməsini azaldır, həmçinin onları mikroorqanizmlərin təsirindən qoruyur. Balığın yan hissələrində başdan quyruğa doğru yan xətt orqanı uzanır.
Sümüklü balıqların quruluşu
Skeleti. Kəllə, gövdənin və ətrafların skeletindən ibarətdir. Skeletin əsasını
gövdə boyunca uzanan onurğa təşkil edir. Onurğa gövdə və quyruq
fəqərələrindən təşkil olunur.
Bədənin gövdə fəqərələrinin yan hissəsində iki qabırğa olur. Onurğa öndə kəllə
ilə hərəkətsiz birləşir. Üzgəclərin skeleti bir neçə sümükdən və üzgəc
şüalarından ibarətdir.
Balıqda yaxşı inkişaf etmiş əzələlər olur. Bunlardan bel və quyruq əzələləri
daha güclüdür.