42. Kəlləlilər yarımtipi. Balıqlar

Balıqların bədəninin yanlarında suyun axınını müəyyən edən xüsusi duyğu orqanı var. O, balığa lilli suda maneələrə toxunmadan hərəkət etməsinə imkan verir.
  • Su həyat tərzi balığın bədən quruluşunda özünü necə göstərir?
Fəaliyyət – Laboratoriya işi. Balıqların xarici quruluşu
Məqsəd: Balıqların xarici quruluşunun xüsusiyyətlərini və su mühitinə uyğunlaşmalarını öyrənmək.
Təchizat: Balıq və ya balıq şəkli.
İşin gedişi:
1. Balığı nəzərdən keçirərək onun bədəninin formasını və hissələrini müəyyən edin.
2. Onun şəklini dəftərinizdə çəkərək quruluş hissələrini qeyd edin.
Nəticəni müzakirə edin:
Balıqlarla quruda yaşayan digər onurğalılar nə ilə fərqlənir?

Kəlləlilərə – balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər aiddir.

Balıqlar. 20 minə qədər növü məlumdur. Yalnız su mühitində yaşayır. Bunlarda cüt üzgəclər və çənələr meydana gəlmişdir. Əksəriyyətinin bədəni pulcuqlarla örtülmüşdür. Balıqlar sümüklüqığırdaqlı balıqlar sinfinə bölünür.

Qığırdaqlı balıqlar sinfi. Skeletləri qığırdaqdan təşkil olunur. Bu balıqlara akulalar və skatlar aiddir. Onlarda 5-7 cüt qəlsəmə yarığı yerləşir. Qığırdaqlı balıqlarda qəlsəmə qapaqları olmur. Üzmə qovuğu yoxdur, əksəriyyəti diri bala doğur.

Sümüklü balıqlar sinfi. Balıqların əksər nümayəndələri sümüklü balıqlar sinfinə aiddir. Bunlarda skelet əksər hallarda sümükləşmiş olur. Bədən baş, gövdəquyruqdan ibarətdir və onlar arasında kəskin sərhəd yoxdur.

Skat balığının gizlənmə texnikası