Fəaliyyət

Miqyasa əsasən xəritədə Xəzər dənizinin şimalından cənubuna qədər olan məsafəni tapın.

1: 22000000
1: 10 000000
1: 6000000

Müzakirə edək: Xəzər dənizinin müxtəlif təsvirlərdə fərqli ölçülərdə göstərilməsi nə ilə əlaqədardır?

Yada salın. Miqyas-plan – xəritə və qlobusda həqiqi məsafələrin neçə dəfə kiçildiyini göstərən kəsrdir.

Bəzi coğrafi obyektlər böyük ərazi əhatə etdiyinə görə onlar arasındakı həqiqi məsafələr kiçildilərək plan və xəritələrdə təsvir edilir. Bunun üçün miqyasdan istifadə olunur. Miqyasın üç növü var: ədədi, izahlı, xətti

Ədədi miqyas İzahlı miqyas İzahlı miqyas
1:100 1 sm = 1m
1:1000 1sm = 10m
1:100000 1sm = 1000m
və ya 1sm=1km
1:1000000 1sm = 10 km

Ədədi miqyas – surəti vahid, məxrəci isə coğrafi obyektlərin kiçilmə dərəcəsini göstərən yuvarlaq ədəddən ibarət kəsrdir. Məsələn 1:500, 1:5000 ədədi miqyaslarında məntəqələr 500 və 5000 dəfə kiçildilib. Miqyasın məxrəcindəki rəqəm, yəni miqyasın kəmiyyəti böyüdükcə, kiçilmə dərəcəsi də müvafiq olaraq artır, yəni miqyas kiçilir.

Ədədi miqyas izahlı miqyas şəklində də verilə bilər (m və km ilə). Məsələn, 1:500 ədədi miqyası 1 sm=5m, 1:100000 isə 1 sm=1 km kimi göstərilir.

Xəzər dənizi