• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 8 və 11 |
Sabit cərəyan mənbələrinə misal kimi elektrofor maşınını, müxtəlif batareyaları (quru qalvanik element) və ya akkumulyatoru, günəş batareyasını və fizika laboratoriyasında işlədilən cərəyan düzləndiricilərini göstərmək olar. |
Bircins maqnit sahəsində qapalı kontur (çərçivə) yerləşdirilərsə, bu konturun hüdudlandırdığı S səthindən maqnit induksiya seli keçər.
Keçirici qapalı konturda yaranan induksiya EHQ bu konturla hüdudlanan səthdən
keçən
maqnit selinin dəyişmə sürəti ilə düz mütənasibdir: εi
= - Δφ
Δt.
Keçirici qapalı konturda yaranan induksiya cərəyanının şiddəti qapalı dövrə üçün Om qanununa
əsasən:
Ii = εi
R =
- 1
R Δφ
Δt.
■ |
Elektrik stansiyasının buxar qazanı üçün dünyada ilk dəfə Bakıda tikilmiş "Dəniz suyunun termokimyəvi yumşaldılması qurğusu". Bakı, 1902. Avropada ilk dəfə olaraq XX əsrin əvvəllərində Bakıda dəyişən cərəyanı sənaye miqyasında istehsal edən və ötürən iki nəhəng elektrik stansiyası istifadəyə verilir: Bibiheybət elektrik stansiyası (1901) və Belqorod (indiki Ağşəhər) elektrik stansiyası (1902). 1906-cı ilin martında Belqorod elektrik stansiyasından 8,5 km məsafədə yerləşən Balaxanı neft mədənlərinə elektrik enerjisinin verilməsinə başlanılmışdır. Müqayisə üçün deyək ki, Avropanın iri şəhərlərində dəyişən elektrik cərəyanının istifadəsinə çox sonralar başlanmışdır: Helsinki - 1940, Stokholm - 1960. ABŞ-da isə bütün ölkə üzrə dəyişən cərəyandan istifadəyə keçid 2007-ci ildə başa çatdırılmışdır. |