İdeal rəqs konturunun ixtiyari zaman anında tam enerjisi elektrik və maqnit sahələrinin enerjiləri cəminə bərabərdir:
W = We + Wm = q2
2C + Li2
2 = q2max
2C
⋅ cos2ωt + LI2max
2 ⋅
sin2ωt
Lakin real rəqs konturunda bütün işlədicilər elektrik müqavimətinə malik olduğundan enerji itkisi qaçrlmazdır. Bu o deməkdir ki, real konturda elektrik enerjisi tamamilə maqnit sahəsinin enerjisinə çevrilə bilməz, onun bir hissəsi naqildə istiliyin ayrılmasına sərf olunur. Ona görə də real rəqs konturunda sərbəst elektromaqnit rəqsləri sönəndir.
Rəqslərin analogiyasından istifadə edərək təqdimatın planını tərtib edin.