TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ. | Elektromaqnit rəqsləri zamanı kondensatordakı maksimal yük 1,5 mkKl, sarğacdakı cərəyan
şiddətinin maksimal qiyməti isə 7,5 mA idi. Buna görə təyin edin: a) rəqsin dairəvi tezliyini; b) rəqs periodunu (π= 3); c) əgər sarğacin induktivliyi 4 mHn olarsa, kondensatorun tutumunu; d) həmin rəqs konturunda yükün maksimal qiyməti 12 mkKL olarsa, cərəyan şiddətinin maksimal qiymətini. |
Şərtə əsasən elektromaqnit rəqslərini xarakterizə edən kəmiyyətləri - rəqsin dairəvi tezliyini (ω), rəqs periodunu (T), kondensatorun tutumunu (C) və yükün verilən maksimal qiymətinə görə cərəyan şiddətinin maksimal qiymətini (Imax) hansı düsturlarla təyin etdiniz?
Kosmos, demək olar, mükəmməl təbii vakuumdur. Bu o deməkdir ki, əgər siz açıq kosmosda olsanız, ehtimal olunur ki, heç bir səs eşitməyəcəksiniz.
№ | Suallar | Bilirəm | ||
zəif | orta | yaxşı | ||
1 | Rəqs konturunda hansı rəqslər sərbəst rəqslər adlanır? | |||
2 | Elektromaqnit rəqslərinin periodu hansı fiziki kəmiyyətlərdən asılıdır? | |||
3 | Zaman keçdikcə rəqs konturunda kondensatorun elektrik yükü və sarğacdan keçən elektrik cərəyanı hansı qanunla dəyişir? | |||
4 | LC-konturunda sarğac rezistorla əvəz olunarsa, konturda elektromaqnit rəqsləri yaranarmı? Niyə? | |||
4 | İdeal rəqs konturunda alman elektromaqnit rəqsləri sönəndir, yoxsa sönməyən? Niyə? |