Mexaniki rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin tarazlıq vəziyyəti
ətrafında gah bu, gah da digər istiqamətdə yerdəyişməsidir.
Periodik rəqsi hərəkət - cismin və ya cisimlər sisteminin bərabər zaman fasilələrindən sonra
təkrarlanan rəqsidir.
Sərbəst rəqslər - qapalı sistemdə daxili konservativ qüvvələrin təsiri nəticəsində baş verən
rəqslərdir.
Harmonik rəqs - sərbəst rəqs edən sistemin vəziyyətim xarakterizə edən fiziki kəmiyyətlərin
zamandan asılı olaraq sinus və ya kosinus qanunu ilə dəyişdiyi rəqslərdir. Aşağıdakı şəkildə
kosinus qanunu ilə dəyişən koordinatın qrafiki verilmişdir: x = xmaxcosωt.
Amplitud - rəqs edən cismin tarazbq vəziyyətindən ən böyük yerdəyişməsidir.
Rəqs tezliyi - ədədi qiymətcə 1 saniyədəki rəqslərin sayına bərabər olan fiziki kəmiyyətdir:
v = N t.
Rəqs periodu - bir tam rəqsə sərf olunan zamandır:
T = t N.
Rəqsin tezliyi ilə periodu qarşıbqlı tərs kəmiyyətlərdir:
T = 1 v və ya v = 1 T.
Dövri tezlik - rəqs tezliyindən 2π dəfə böyük kəmiyyət olub fiziki mənaca rəqqasın ≈ 6,28
saniyədə
(2π ≈ 6,28) neçə rəqs etdiyini göstərir: ω = 2πv.