2.10. | Hansı kimyəvi elementin ionu elektrolitdə e, 2e və 3e elektrik yükü daşıyır?
|
||||||||||||||||||||||||
2.11. | Elektroliz proseslərinin başvermə müddəti və cərəyan şiddəti eyni olarsa, elektrod üzərində ayrılan hansı maddənin (2.10 saylı məsələdəki cədvəldə verilmiş maddələrdən) kütləsi daha böyükdür? |
||||||||||||||||||||||||
2.12. |
Şəkildə ionlaşdıncı metal kamera təsvir edilmişdir. Kamera qazla doldurulmuş, elektrodla təchiz edilərək kip bağlanmış və elektrik dövrəsinə qoşulmuşdur. Əgər rentgen şüalarının intensivliyini çoxaltmaqla kameradaki qazın ionlaşması 2 dəfə artırılarsa, qurğudan keçən doyma cərəyan şiddəti necə dəyişər? |
||||||||||||||||||||||||
2.13. |
Vakuum diodu qoşulan elektrik dövrəsində potensiometrin sürgüsü A nöqtəsindən B nöqtəsinə sürüşdürülərsə, milliampermetr və voltmetrin göstəriciləri necə dəyişər?
|
||||||||||||||||||||||||
2.14. | Yanmkeçiricidə elektrik cərəyanının istiqaməti elektronların və deşiklərin hərəkətləri nəticəsində yaranan cərəyanın istiqaməti ilə üst-üstə düşür. Lakin nəzərə alınarsa ki, elektron və deşiklər əks istiqamətlərə hərəkət edir, bu halda cərəyanların istiqamətlərinin eyni olmasım necə izah edərdiniz? |
||||||||||||||||||||||||
2.15. | İndium, sürmə (qalay), fosfor, skandium və qallium elementlərindən hansını silisiuma aşqar olaraq vurduqda n-tip və p-tip yanmkeçirici alınar? Mendeleyev cədvəlindən istifadə edin. |