2.1. | Cib fənərinin lampasında cərəyan şiddəti 0,24 A-dir. Lampanın közərmə telinin en kəsiyindən 5 dəq müddətində neçə elektron keçər ( e = 1,6 ⋅ 10-19Kl )? |
2.2. | En kəsik sahəsi 4 mm2 olan naqildəki cərəyan şiddəti 6 A, sərbəst elektronların konsentrasiyası isə 6 ⋅ 1028 m-3dir. Bu naqildə elektronların nizamlı hərəkət sürəti nə qədərdir (e = 1,6 ⋅ 10-19Kl)? |
2.3. | Gümüş naqilin müqaviməti hansı temperaturda 0°C temperaturuna nisbətən 4 dəfə azalar (αAg = 0,004K -1)? |
2.4. | Nə üçün çox vaxt lampaların közərmə teli açarı qapayan an yanıb sıradan çıxır? |
2.5. | R1 reostatınm sürgüsü sağa sürüşdürülərsə, elektron-şüa borusunda işıqlı ləkənin parlaqlığı necə dəyişər? |
2.6. |
Yüksək gərginlik düzləndiricisi “Razryad-1”in elektrodları arasında məsafə 8 mm olduqda qığılcım
boşalması baş verdi. Bu an elektrodlar arasında gərginlik nə qədər idi? Nəzərə alm: atmosfer
təzyiqində elektrodlar arasındakı elektrik sahəsinin intensivliyi 3000 V |
2.7. | Yer səthi ilə bulud arasındakı potensiallar fərqi 1,2 ⋅ 106kV olduqda şimşək müşahidə olundu. Həmin an buludla Yer səthi arasındakı məsafə nə qədər idi? |
2.8. | Elektrik dövrəsi EHQ-si 3 V olan cərəyan mənbəyindən və müqaviməti 6 Om olan naqildən ibarətdir. Dövrədən keçən cərəyan şiddəti 0,4 A olarsa, mənbəyin daxili müqavimətini və qısaqapanma cərəyan şiddətini təyin edin. |
2.9. | Elektrik dövrəsi daxili müqaviməti 2 Om və EHQ-si 2 V olan cərəyan mənbəyindən, maksimum müqaviməti 8 Om olan reostatdan, ampermetr və voltmetrdən ibarətdir. Bu dövrədə təyin edin:
a) cərəyan şiddətinin ala biləcəyi maksimum qiyməti;
b) cərəyan şiddətinin ala biləcəyi minimum qiyməti; c) gərginliyin ala biləcəyi maksimum qiyməti; d) gərginliyin ala biləcəyi minimum qiyməti. |