Hər iki dövrə açıq olduqda emitterdəki əsas yükdaşıyıcılar olan deşiklər bazaya keçir. Baza təbəqəsi nazik olduğundan deşiklər oradakı elektronlarla birləşməyə imkan tapmır və onların ≈ 95% hissəsi kollektora keçir. Nəzərə alınsa ki, emitter dövrəsindəki cərəyan şiddəti (Ie) baza və kollektorda yaranan cərəyan şiddətlərinin cəminə bərabərdir:
Ie = Ib + Ik , (1)
bu halda kollektor dövrəsinin cərəyan şiddəti, demək olar, emitter dövrəsindəki cərəyan şiddətinə bərabər olur:
I e ≈ Ik . (2)
Ona görə də kollektor dövrəsindəki cərəyan şiddəti emitter dövrəsindəki cərəyan şiddətinə sinxron olaraq dəyişir. Nəticədə R rezistorunda sinxron dəyişən gərginlik yaranır (bax: h). Bu zaman rezistor böyük müqavimətli olarsa, emitter dövrəsində gərginliyin kəskin artması ( ≈ 105) dəfə baş verir. Cərəyan şiddətləri arasında (2) münasibəti olduğundan R rezistorunda ayrılan güc emitter dövrəsində sərf olunan gücdən dəfələrlə çox olur.
Tranzistoru 1948-ci ildə Amerika alimləri Uilyam Şokli, Valter Bratteyn və Con Bardin ixtira etmişlər. Onlar bu işlərinə görə 1956-cı ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər.
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ 1. | Sxemdə iki dioddan ibarət elektrik dövrəsi göstərilmişdir. Dövrənin A və B nöqtələrinə EHQ 12V və daxili müqaviməti 2 Om olan cabit cərəyan mənbəyinin qütbləri birləşdirilir. Rezistorlann müqavimətləri R1 = 3 Om və R2 = 4 Om-dur. |