ARAŞDIRMA | 1 |
Təchizat: nümayiş diodu (“yanmkeçirici cihazlar dəsti”ndən), sabit cərəyan mənbəyi (4 V-luq
düzləndirici), rezistor, ampermetr, açar, birləşdirici naqillər.
İşin gedişi: 1. Cərəyan mənbəyi, diod, rezistor, ampermetr və açardan ibarət ardıcıl dövrənin
sxemini çəkin.
2. Sxemə əsasən dövrəni qurun və açarı qapayıb ampermetrin göstəricisini qeyd edin.
3. Açan açın, diodu dövrədən ayırıb tərsinə qoşun və təcrübəni təkrarlayın.
Nəticənin müzakirəsi: • Diodu dövrəyə necə qoşduqda o,cərəyanı keçirdi? Niyə?
p-n keçidi: yarımkeçirici diod. iki müxtəlif növ keçiriciyə malik yarımkeçirici kristalın (n-tip vəp-tip kristalları) səthlərinin toxunma sərhədində yaranan birtərəfli keçid p-n keçidi adlanır.
• Yarımkeçirici diod (ikiyunan sözünün birləşməsidir: di - iki + odos - yol) bir p-n keçidinə malik olub xarici elektrik dövrəsinə qoşulmaq üçün iki çıxışla təchiz edilən cihazdır. Dioddan o zaman cərəyan keçir ki, onun p-tip hissəsinə müsbət gərginlik verilsin. Diodun VAX-da onun düz və tərs keçidinin fərqi aydın görünür (f) . Qrafikin 0-3 hissəsi tərs keçidə uyğun olub, demək olar, gərginlikdən asılı deyil. Qrafikin 0-1 hissəsi cərəyanın gərginlikdən asılı olaraq qeyri-xətti, 1-2 hissəsi
isə xətti artma halına uyğundur. Diodun başlıca vəzifəsi p-n keçidin birtərəfli keçiricilik xassəsi əsasında dəyişən cərəyanı düzləndirməkdir.
Tranzistor. Elektrik rəqslərini gücləndirmək və çevirmək məqsədilə tranzistor (tranzistor iki ingilis sözündən yaranıb: transfer - aparıram + rezistor - müqavimət) adlanan cihazdan istifadə olunur. Başqa sözlə desək, adi kran su axınının tənzimləyicisi rolunu necə oynayırsa, tranzistor da elektrik dövrəsindəki cərəyan şiddətinin tənzimlənməsində analoji rol oynayır. Tranzistor üç yarımkeçirici təbəqədən təşkil olunmuşdur: kənar təbəqələr eyni tip, ara təbəqə isə çox nazik başqa tip yarımkeçiricidir. Tranzistorda kənar təbəqələr uyğun olaraq emitter (ing. emit - şüalandırmaq, vermək) və kollektor (ing. collect - toplamaq), orta təbəqə isə baza adlanır. Tranzistorlar iki növ ola bilir: pnp və npn. Dövrəyə birləşdirmək üçün tranzistorun üç çıxışı olur və növündən asılı olaraq elektrik dövrəsində xüsusi simvolla göstərilir (g).
Tranzistor elektrik dövrəsinə iki cərəyan mənbəyi vasitəsilə qoşulur. Bu zaman emitter-baza keçidi düz keçid, baza-kollektor keçidi isə tərs keçid istiqamətində olur (h). Məsələn, pnp tranzistorunda gücləndiriləcək siqnal emitter dövrəsinə verilir, kollektor dövrəsindən isə gücləndirilmiş siqnal alınır.