Molyar kütlənin valentliyə nisbəti maddənin kimyəvi ekvivalenti adlanır:
x = M
n. (14)
(14) ifadəsi (13)-də nəzərə alınarsa, maddənin elektrokimyəvi ekvivalenti ilə kimyəvi ekvivalenti arasında asılılığın olduğu aşkarlanar:
k = x
F. (15)
Bu asılılıq elektrolizin II qanunu adlanır.
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ 1. 2. |
İsbat edin ki, Faradeyin birləşmiş qanunu m = M Fn IΔt ifadəsinə bərabərdir. İsbat edin ki, maddələrin elektrokimyəvi ekvivalentlərinin nisbəti onların kimyəvi ekvivalentlərinin nisbətinə bərabərdir: |
k1
k2
= x1
x2
Relyef modellərin metaldan surətlərinin istehsalı qalvanoplastika adlanır. Əşyaların, məsələn, metal pul, medal, barelyef və s.-nin metaldan surətini almaq üçün onların plastik materialdan (gil, mum və s.) qəlibləri hazırlanır. Alman qəlibin səthi qrafit tozu ilə örtülüb katod olaraq elektrolit vannasına batırılır. Sonra isə ...
№ | Suallar | Bilirəm | ||
zəif | orta | yaxşı | ||
1 | Elektrolitlerde elektrik cərəyanının təbiəti nədən ibarətdir? | |||
2 | Elektrolitin müqaviməti nədən asılıdır? | |||
3 | Elektrolizin II qanununun fiziki mənası nədir? |
Layihə. | "Elektrolizin tətbiqləri" mövzusunda poster təqdimat hazırlayın. |