Δt müddətində elektroda çatan ionlann sayı həmin müddətdə məhluldan keçən elektrik yükünün (Δq) ionun yükünə (qoi) olan nisbətinə bərabərdir:
Ni Δq
qoi = IΔt
qoi.
(3)
Burada Δq = IΔt olduğu nəzərə alınmışdır. İonun yükü onun valentliyi (n) ilə təyin edilir:
qoi = n • e. (4)
Beləliklə, (2), (3) və (4) ifadələrini (1)-də nəzərə aldıqda elektrodda ayrılan maddənin kütləsinin asılı olduğu kəmiyyətlər müəyyən olunar:
m = M
n • e • NA • Δq (5)
və ya
m = M
n • e • NA • IΔq (6)
(6) düsturunda IΔt vuruğunun əmsalı verilmiş maddə üçün sabit kəmiyyətdir. Onu k ilə işarə etsək:
k = M
n • e • NA (7)
elektrolizin I qanununun riyazi ifadəsini alarıq:
m = k • Δq, (8)
və ya m = k • Δt, (9)
Elektrolitdən elektrik cərəyanı keçərkən elektrodda ayrılan maddənin kütləsi cərəyan şiddəti və onun keçmə müddətindən düz mütənasib asılıdır.
Mütənasiblik əmsalı olan k maddənin elektrokimyəvi ekvivalenti adlanır. Onun fiziki mənasını asanlıqla müəyyən etmək olar. Bunun üçün (2) və (4) ifadələrini (7)-də nəzərə almaq kifayət edər:
k = moi
qoi.
(10)
• Maddənin elektrokimyəvi ekvivalenti - ədədi qiymətcə ionun kütləsinin yükünə
olan nisbətinə bərabərdir. Onun tərs qiyməti, yəni zərrəciyin yükünün kütləsinə nisbəti (q
m) xüsusi yük adlanır.
Elementar yükün Avoqadro ədədinə hasili Faradey sabiti (və ya Faradey ədədi) adlanır:
F = e • NA (11)
• Faradey sabiti - ədədi qiymətcə elektrolit məhlulundan keçən zaman elektrod üzərində 1 mol maddə ayrılması ilə nəticələnən elektrik yükünə bərabərdir:
F = M
n • Δq
m = 1
n
• Δq
ν. (12)
Burada ν — maddə miqdarıdır. Faradey sabiti üçün təcrübədən təyin edilmiş qiymət:
F = e • NA= 9,65 • 104 Kl
mol.
(11) ifadəsi (7)-də nəzərə alınarsa, maddənin elektrokimyəvi ekvivalenti aşağıdakı ifadəyə bərabər olar:
k = M
nF. (13)