2. CuCl2 duzunun suda həll olması nəticəsində elektrolitik dissosiasiya hadisəsi baş verir. Məhlulda sərbəst yükdaşıyıcılar - müsbət mis (Cu2+) və mənfi xlor (Cl–) ionları əmələ gəlir. Dövrə qapandıqda müsbət ionlar katoda, mənfi ionlar isə anoda doğru hərəkət edərək məhluldan cərəyan keçməsini təmin edir. Buradan nəticə olaraq elektrolite belə bir tərif vermək olar:
• Elektrolit - dissosiasiya etmiş ionlar hesabına elektrik cərəyanı keçirən maddə, ərinti və ya məhluldur.
• Elektrolitler - məhlulda (və ya ərintidə) tamamilə, yaxud qismən ionlardan ibarət olan bərk və ya maye maddələrdir.
• Elektrik cərəyanı ionların nizamlı hərəkəti hesabına yarandığından belə keçiricilik ion keçiriciliyi adlanır.
3. Dövrə qapandıqda anoda çatan Cl– ionlan artıq elektronunu elektroda verib oksidləşmə reaksiyası ilə neytrallaşır və anodun səthində qaz qabarcıqlan formasında ayrılır:
2Cl— — 2e— → Cl2.
Katoda çatan Cu2+ ionlan isə bu elektroddan iki elektron alaraq neytral mis atomuna çevrilir və katod üzərində yığılaraq mis təbəqəsi yaradır: Cu2+ + 2e— → Cu°. Elektroliz hadisəsi baş verir. Deməli, elektrolit məhlulundan cərəyanın keçməsi elektrodda maddə ayrılması ilə nəticələnir.
Elektrolitdən keçən cərəyan şiddəti məhlulun sabit müqavimətində gərginlikdən xətti asılıdır - elektrolit məhlullan üçün Om qanunu ödənilir (a). Lakin xətti asılılıq koordinat başlanğıcından keçmir, bir qədər sağa sürüşür. Bu onunla izah edilir ki, elektrolizde gərginliyin müəyyən qiyməti elektrolit məhluluna batınlan elektrodlann polyarlaşmasına sərf olunur.
Elektrodlann polyarlaşması - elektroliz prosesində elektrodlann yükünün tarazlıq qiymətindən kənara çıxmasıdır. Polyarizasiya nəticədə elektrodlann potensiallarının da tarazlıq qiymətlərindən kənara çıxması baş verir.
Elektrolitin müqaviməti temperatur artdıqca xətti azalır, çünki temperatur artdıqda elektrolit
məhlullannda zərrəciklərin istilik hərəkəti intensivləşir və onunla əlaqədar dissosiasiya dərəcəsi artır
(b):
ρ = ρ0(1 +αt).
Burada α — müqavimətin temperatur əmsalıdır, o, mənfi qiymətə malikdir, ρ0 — elektrolitin 0°C-də xüsusi müqavimətidir.
Elektroliz qanunu. Qanun 1836-cı ildə ingilis alimi M.Faradey tərəfindən irəli sürülmüşdür. O, elektroliz hadisəsində kəmiyyətlər arasındakı asılılığın qanunauyğunluğunu müəyyən edir. Həmin asılılıqları biz də müəyyən edə bilərik. Bunun üçün ionun kütləsini moi , Δt müddətində elektroda çatan ionların sayını isə Ni ilə işarə etsək, həmin müddətdə elektrodda ayrılan maddənin kütləsi belə olar:
m = moi • Ni. (1)
İonun kütləsi kimyəvi elementin molyar kütləsinə əsasən hesablanır:
moi = M
NA. (2)
Burada NA — Avoqadro ədədi, M — kimyəvi elementin molyar kütləsidir.