• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 9 |
|
m = k • q və ya m = kIt.
■ |
İnsan ürəyindən cansız avtomobillərə, pleyer və mobil telefonlara qədər bütün müasir
cihazların ayrılmaz hissəsi elektrokimyəvi cərəyan elementi və müxtəlif akkumulyatorlardır.
Yüksək temperaturda əridilən boksitdən elektroliz üsulu ilə adi kola bankasından tutmuş aviasiya sənayesində istifadə olunan alüminium istehsal edilir. Ətrafimızda, demək olar, hər şey - qızıl suyu ilə örtülmüş üzük və sırğadan, avtomobillərin xromlanmış barmaqlıqlarına qədər elektrolit məhlullarından keçmişdir. Təsadüfi deyildir ki, bu hadisəm xüsusi elm - elektrokimya adlandırılan elm sahəsi öyrənir. |
ARAŞDIRMA | 1 |
Təchizat: sabit cərəyan mənbəyi (BC-24 düzləndiricisi), elektrolitik vanna, distillə edilmiş
su,
CuCl2 duzu, ampermetr, voltmetr, açar, reostat, birləşdirici naqillər.
İşin gedişi:
1. Verilən sxemə əsasən elektrik dövrəsi yığın.
2. Elektrolitik vannaya distillə edilmiş su tökün və dövrəni qapayın. Elektrik ölçü cihazlarının
göstəricilərinə diqqət yetirin.
3. Açarı açın, suya bir qədər CuCl2 duzu əlavə edib dövrəm yenidən qapayın.
Elektrik ölçü
cihazlarının göstəricilərini izləyin.
Nəticənin müzakirəsi:
• Təcrübədən hansı nəticəyə gəldiniz?
• Suya CuCl2 duzu əlavə etdikdə elektroliz hadisəsinin başvermə prosesini izah
edin.
• Duzlu su məhlulunda elektrik cərəyanını hansı yükdaşıyıcılar təmin etdi?
Elektroliz hadisəsi. Araşdırmadan aşağıdakı nəticəyə gəlmək olar:
1. Mayelər də qazlar kimi həm dielektrik, həm də naqil ola bilir