Bununla yanaşı, katodun temperaturu kəskin artır və orada termoelektron emissiyası baş verir. Nəticədə qazda elektrik yükdaşıyıcılannm sayı və deməli, ondan keçən cərəyan şiddəti daha kəskin artır (qrafikin de hissəsi). Beləliklə, (3) şərti ödənildikdə müstəqil qaz boşalması yaranır.
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ 2. | İonlaşdıncı borunun elektrodlan arasındakı qazın həcmi 0,25 i-dir. Xarici təsirlə ionlaşdınlan qazda doyma cərəyan şiddəti Id = 1,6 • 10-7mA-dir. Qazın vahid həcmində 2 san müddətində neçə elektron-ion cütü əmələ gəlir (e = 1,6 • 10-19Kl)? Elektrik sahəsini bircins qəbul edin. |
Nəticənin müzakirəsi:
• Nə üçün qazın ionlaşması dedikdə qazda elektron-ion cütünün yaranması nəzərdə
tutulur?
|
• Niyə adi elektrik xətlərindən fərqli olaraq yüksək gərginlik xətləri izolyasiya qatı ilə örtülmür?
№ | Suallar | Bilirəm | ||
zəif | orta | yaxşı | ||
1 | Qaz boşalması mənfi ionların hesabına baş verə bilərmi? Cavabınızı əsaslandırın. | |||
2 | Qazda müstəqil boşalmanın baş verməsi üçün hansı şərt ödənilməlidir? | |||
3 | İonlaşdıncının təsiri ilə qazda ionların sayı müəyyən həddə qədər artır, sonra isə sabit qalır. Niyə? | |||
4 | Şimşək çaxması 1 msan -da baş verdi. Bu zaman şimşəkdən 60 kA cərəyan keçdi. Şimşəyin daşıdığı elektrik yükünün miqdarını təyin edin. |
NƏ ÖYRƏNDİNİZ? |
İş vərəqinə"qaz boşalması", “müstəqil boşalma", "qeyri-müstəqil boşalma", "ionlaşma
enerjisi", "sərbəst qaçış yolu” anlayışlarının tərifini, yaxud izahlarını qeyd edin və
müstəqil boşalma ilə qeyri-müstəqil boşalmanın VAX-ını çəkin.
|