Qaz boşalmasının VAX-ı. VAX təcrübi olaraq müəyyən edilmişdir. Belə ki, ionlaşdırıcının təsiri ilə şüşə borunun elektrodlan (katod və anodu) arasındakı qaz ionlaşdırılaraq orada elektron və müsbət ionlar yaradılmışdır (a). Bundan sonra elektrodlar arasına gərginlik verilmiş və o, sıfır qiymətindən tədricən artırılmağa başlanmışdır. VAX-dan görünür ki, zəif elektrik sahəsində qazdakı elektrik yükdaşıyıcılarına da zəif elektrik qüvvələri təsir edir və qazda elektrik cərəyanı gərginliklə düz mütənasib artır (bax: b, VAX-da Oa hissəsi). Bu hissədə qazda cərəyanm dəyişməsi Om qanununa uyğun baş verir.
Gərginliyin sonrakı artımında cərəyan şiddəti ilə gərginlik arasındakı mütənasiblik pozulur (ab hissəsi). Gərginliyin U1 qiymətindən başlayaraq cərəyan şiddəti gərginlikdən asılı olmur - doyma hadisəsi baş verir (qrafikin bc hissəsi). Deməli, borudaki bütün elektronlar və müsbət ionlar nizamlı hərəkət etməklə cərəyanın yaranmasında iştirak edirlər. Beləliklə, qrafikin Oc hissəsi qazın qeyri-müstəqil boşalmasına uyğundur (bax: xatırlama hissəsi).
Doyma cərəyan şiddətinin qiyməti aşağıdakı ifadə ilə təyin edilə bilər:
Id = neV
t. (2)
Burada n — t müddətində qazın vahid həcmində ionlaşdıncmın yaratdığı elektron-ion cütünün sayı, e — elementar yük, V — elektrodlar arasındakı fəzanın həcmidir.
Gərginliyi artırmaqda davam etdikdə elə bir an gəlib çatır ki, onun müəyyən qiymətindən başlayaraq (U2-dən) sonrakı kiçik artımlarında qazdakı elektronların kinetik enerjisi kəskin artır. Əgər bu eneıji qaz molekullanmn ionlaşma enerjisindən böyük olarsa, yəni
meυ2
2 ≥ Wi
(3)
şərti ödənilərsə, bu halda həmin elektronlar molekullarla toqquşduqda əlavə enerji almış atomlar elektron itirərək ionlaşar. Bu hadisə elektron zərbəsi ilə ionlaşma adlanır. Nəticədə qazda elektron və ionların sayı və deməli, cərəyan şiddəti artır (qrafikin cd hissəsi). Gərginliyin daha böyük qiymətlərində isə elektrik sahəsində böyük kinetik eneıji alan müsbət ionlar katoda vurduqları ardıcıl zərbələr nəticəsində ondan elektronları vuraraq çıxarır - ikinci elektron emissiyası baş verir.