• Layihənin müzakirəsi
Qruplar üzrə |
Vilhelm Konrad Rentgen” mövzusundakı posterin müzakirəsi: • Vilhelm Konrad Rentgen kimdir? • O, rentgen şüalanmasım necə aşkar etmişdir? • Rentgen bu şüalan nə adlandırmışdır? • Rentgen bu işinə görə hansı mükafatı almışdır? |
• Rentgen şüalanması təbabətdə hansı məqsədlər üçün tətbiq edilir? • Rentgen şüalanması elmin hansı sahələrində geniş tətbiq olunur? • Rentgen şüalanmasının nə kimi istehsalat tətbiqləri var? • Rentgen şüalanmasının zərərli təsirləri nədən ibarətdir?
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika-9 |
Qaz adi şəraitdə dielektrikdir. Qazda iki üsulla sərbəst yükdaşıyıcılar yaratmaq olar:
1. Qaz molekullarını xarici təsirlə ionlaşdırmaqla. Qazın neytral atom və molekullarını ionlaşdıran xarici təsirlər ionlaşdırıcı adlanır. |
Xarici təsirlər olan yüksək temperatur, şüalandırmaq, yüksəksürətli zərrəciklərlə “bombardman” etmək və s. ionizatordur. 2. Qaz mühitinə xaricdən yüklü zərrəciklər (elektron, ion) daxil etməklə; məsələn, şamı və ya spirt lampasını yandırdıqda onun alovu havam müsbət və mənfi ionlarla təchiz edir. Bu zərrəciklər elektrik sahəsinə gətirildikdə nizamlı hərəkət edərək mühitdə elektrik cərəyanı yaradır. Hadisəni sadə təcrübə ilə müşahidə etmək olar. Belə ki, yüklənmiş kondensator lövhələri arasındakı mühitə şam alovunu daxil etdikdə kondensator dərhal boşalır - lövhələr arasındakı hava elektrik cərəyanını keçirir.
Müstəqil qaz boşalmasının dörd növü var: alovsuz boşalma, qığılcım boşalması, qövs boşalması, tac boşalması.
Alovsuz boşalma - aşağı təzyiqlərdə (10-3 ÷ 10-2 mm c. süt) elektrodlar arasında gərginlik bir neçə yüz volt olduqda baş verir.
Qığılcım boşalması - elektrodlar arasında yüksək gərginlik olduqda baş verir. Boşalmanın xarakterik cəhəti ani və sürətli olmasıdır.
Qövs boşalması - çox qızdırılan katodlarda əmələ gələn intensiv termoelektron emissiyasıdır.
Tac boşalması - böyük elektrik yükünə malik itiuclu metalların ətrafında baş verir.
■ |
Demək olar, hər gün müxtəlif formalı elektrik açarlarından istifadə edirsiniz. Onun
vasitəsilə mənzildə və sinif otağında işıqlan yandırıb-söndürür, elektrik işlədicilərini (su
qızdırıcısı, tozsoran və s.) elektrik dövrəsinə təhlükəsiz qoşur və ayırırsınız.
|