Bu şüalanmanı ilk dəfə 1895-ci ildə alman fiziki Vilhelm Konrad Rentgen (1845-1923) aşkar etmişdir. O bu işinə görə 1901-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş ilk alimdir.
Rentgen şüalarım insan gözü görmür, lakin bu şüalar adi işığm keçə bilmədiyi qalın qeyri-şəffaf
təbəqələrdən keçmə xassəsinə malikdir. Rentgen şüalarının bu xassəsindən insanın daxili orqanlarının xəstəliklərinin tibbi diaqnostikasında geniş istifadə olunur. Bu şüalar fotolentə təsirinə, yaxud bəzi kristalların səthinə düşdükdə onların işıqlanmasına görə aşkar edilir.
TƏTBİQETMƏ | ARAŞDIRMA | 2 |
Məsələ 2. | Vakuum diodunda anod ilə katod arasındakı gərginlik 100 V-dur. Katod yaxınlığında irəliləmə hərəkət sürəti sıfıra bərabər olan elektron anod yaxınlığında hansı sürətə malik olar (elektronun yükü və kütləsi uyğun olaraq: e = 1,6 • 10-19 Kl; |
m = 9 • 10-31kq)? Elektrik sahəsini bircins qəbul edin.
İpucu. |
https://shkolazhizni.ru/computers/articles/15033/ ünvanındakı
məlumatlardan
istifadə edə
bilərsiniz.
|
№ | Suallar | Bilirəm | ||
zəif | orta | yaxşı | ||
1 | Vakuumda elektrik cərəyanım hansı yükdaşıyıcılarla yaratmaq olur? Vakuuma bu yükdaşıyıcılar necə daxil edilir? | |||
2 |
Elektronun gümüşdən çıxış işi 6,9 10-19 C-dur. Elektron gümüşdən minimum hansı sürətlə çıxa bilər? |
|||
3 | Elektron dəstəsi cismin səthinə düşdükdə bu cismin daxili enerjisi necə dəyişir? | |||
4 | Vakuumda elektron dəstəsinin enerjisi nədən asılıdır? |
Layihə. | Aşağıdakı mövzular üzrə poster təqdimatı hazırlayın. |