Cümlələri tamamlayın.
... hadisəsinə əsaslanan ən sadə ... lampası ... elektron lampası və ya ... . Vakuum diodu havası 10-6 ÷ 10 -7 mm civ. süt. ... qədər ... şüşə (və ya saxsı) balondur. O, içərisinə daxil edilmiş ... və ... adlandırılan iki elektrodla təchiz edilmişdir. Katod ... mənbəyinin ..., anod isə ... qütbünə birləşdirilməklə dövrədə ... biristiqamətli keçiriciliyini təmin edir. Beləliklə, vakuumda... elektronlardır.
Nəticənin müzakirəsi.
|
Açar sözlər:
təzyiq; termoelektron emissiyası; katod; vakuum; elektrik yükdaşıyıcıları; mənfi; müsbət; elektrik cərəyanı; ikielektrodlu; |
Vakuumun elektrik keçiriciliyi. Vakuum (lat: “vakuus” - boş) - içərisində heç bir atom və molekul olmayan mühitdir.
• Texnika və tətbiqi fizikada vakuum dedikdə havası olduqca seyrəkləşdirilmiş mühit (təzyiqi atmosfer təzyiqindən dəfələrlə kiçik olan qaz) nəzərdə tutulur.
Vakuum şəraiti yaradılan qabda (vakuum kamerasmda) qaz molekullannm sərbəst yolunun uzunluğu (molekulun bir toqquşmadan digər toqquşmaya qədərki orta məsafəsi) qabm ölçülərindən, yaxud mühitdəki elektrodlar arasındakı məsafədən çox böyük olur. Bu səbəbdən vakuum kamerasmda qaz molekullan, demək olar, bir-biri ilə toqquşmur. Onlar yalnız kameranın divarları və elektrodlarla toqquşur.
Vakuum ideal dielektrikdir (elektrik cərəyanını keçirmir), çünki orada heç bir sərbəst elektrik yükdaşıyıcısı yoxdur.
Vakuumdan elektrik cərəyanı keçirmək üçün oraya süni yolla sərbəst yüklü zərrəciklər daxil edilməli və həmin mühitdə elektrik sahəsi yaradılmalıdır. Vakuumda sərbəst yüklü zərrəciklər mənbəyi kimi
metallardan istifadə edilir.Təbiidir ki, sərbəst elektronun metalı tərk edib vakuuma çıxması üçün o, kristal qəfəsin ionları ilə Kulon qarşılıqlı cazibə qüvvəsinə üstün gəlməlidir (c). Bunun üçünsə elektron həmin qüvvəyə qarşı iş görməlidir. Görülən bu iş elektronun metaldan çıxış işi adlanır.
•Çıxış işi (Aç) - elektronun metalı tərk edərək vakuuma çıxması üçün lazım olan enerjinin minimum qiymətidir. Çıxış işi yalnız metalın növündən asılıdır. Metalı elə elektron tərk edə bilər ki, onun kinetik enerjisi ilə çıxış işi arasında
meυ2
2 ≥
Aç (1)
münasibəti ödənilsin. Metaldakı sərbəst elektron daim ionlarla qarşılıqlı təsirdə olduğundan onun kinetik enerjisi kiçik olur və metalı tərk edə bilmir. Elektrona əlavə eneıji verilməklə onun metalı tərk etməsinə nail oluna bilər.
• Elektronun metalı tərk etməsi elektron emissiyası adlanır.
Metaldakı sərbəst elektronlara əlavə eneıji müxtəlif üsullarla verilə bilər; məsələn, metalı yüksək temperatura qədər qızdırmaq və ya metalın səthini güclü işıqla şüalandırmaq belə üsullardandır.