• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika-9 |
|
Belə ki, qızdırılan katodun səthindən emissiya edən elektronlar onun ətrafında elektron buludu yaradır. Katod cərəyan mənbəyinin mənfi, anod isə müsbət qütbünə birləşdirilərsə, bu elektrodlar arasında yaranan elektrik sahəsinin təsiri ilə elektronlar anoda doğru nizamlı hərəkət edir. Onlar anoda çatdıqda dövrə qapanır, ondan cərəyan keçir.
Elektron-şüa borusu uzun illər kompüter, ossiloqraf, elektron mikroskopu, televizor və başqa cihazların mühüm hissələrindən biri olmuşdur.
■ |
Lenor şəhərinin (ABŞ, Kaliforniya ştatı) yanğınsöndürmə hissələrinin birində dünyada ən
“uzunömürlü” lampa işıqlanır. “Ginnesin rekordlar” kitabına düşmüş, “Yüzillik lampa”
adlandırılan və demək olar, heç vaxt söndürülməyən 4 Vt gücündə olan bu lampa 1901-ci ildən
bu günə qədər işıqlanmaqda davam edir (a).
|