Sabit cərəyan mənbələrində də kənar qüvvələrin təsiri elektrik hərəkət qüvvəsi adlanan kəmiyyətlə xarakterizə olunur.
• Cərəyan mənbəyinin elektrik hərəkət qüvvəsi - elektrik yükünü qapalı dövrə boyunca hərəkət etdirən zaman kənar qüvvələrin gördüyü işin həmin yükün miqdarına olan nisbətinə bərabər olan kəmiyyətdir.
ε = Akən
q. (1)
Tam dövrə üçün Om qanunu. Yuxanda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sabit elektrik cərəyanı yalnız mənbə olan qapalı dövrədə mövcuddur. Qapalı dövrə (və ya tam dövrə) 2 hissədən - xarici və daxili hissədən ibarətdir. Xarici hissə birləşdirici naqil, elektrik işlədiciləri, elektrik ölçü cihazları ola bilər. Daxili hissə isə cərəyan mənbəyidir. Dövrənin xarici hissəsinin müqaviməti xarici müqavimət (R), cərəyan mənbəyinin müqaviməti isə daxili müqavimət (r) adlanır. Ona görə də dövrənin tam müqaviməti bu iki müqavimətin cəminə bərabərdir:
Rt = R + r. (2)
Qapalı dövrədə cərəyan mənbəyinin EHQ-si onun xarici və daxili hissəsindəki gərginliklər düşküsünün cəminə bərabərdir.
ε = IR + Ir. (3)
(3) ifadəsindən tam dövrədəki cərəyan şiddəti üçün almar:
I = ε
R + r.
(4)
Sonuncu düstur tam dövrə (qapalı dövrə) üçün Om qanununun riyazi ifadəsidir.
• Tam dövrədəki cərəyan şiddəti mənbəyin EHQ-si ilə düz, dövrənin tam müqaviməti ilə tərs mütənasibdir.
Tam dövrə üçün Om qanununu riyazi şəkildə belə də ifadə etmək olar:
ε = U + Ir. (5)
Burada U — dövrə qapalı olduqda mənbəyin qütblərindəki gərginlikdir.
Sabit cərəyan dövrəsi açıq olarsa (R → ∞ ), I = 0 və U = ε olar (e). Deməli, cərəyan mənbəyinin EHQ-ni ölçmək üçün voltmetri dövrənin açıq vəziyyətində mənbənin qütblərinə (sı- xaclanna) birləşdirmək lazımdır.
Əgər cərəyan mənbəyinin qütbləri qısa qapanarsa (R = 0), dövrədəki cərəyan şiddəti yalnız cərəyan mənbəyinin daxili müqaviməti ilə təyin olunar. Ona görə də bu cərəyan şiddəti qısaqapanma cərəyan şiddəti adlanır (bax: e):
Iqq = ε
r. (6)
Cərəyan mənbəyinin daxili müqaviməti kiçik olduğundan qısaqapanma cərəyan şiddəti çox böyük qiymət alır və bu zaman cərəyan mənbəyi yanıb sıradan çıxa bilir.