Naqillərin xüsusi keçiriciliyini müqayisə edin.
Məsələ 2. |
Şəkildə iki naqilin VAX-ı təsvir edilmişdir. Buna görə: a) müqaviməti böyük olan
naqili
təyin edin; b) naqillərin hər birinin müqavimətini hesablayın.
|
Nəticənin müzakirəsi:
- Naqilin müqavimətinin fiziki mexanizmini klassik elektron nəzəriyyəsi əsasında necə izah
etmək
olar?
- Hansı naqilin xüsusi keçiriciliyi daha böyükdür? Niyə?
Penoplast lövhələri kəsmək üçün kəsici qurğunu müəyyən tərkibli məftillə təchiz etmək lazımdır.
Problemi həll etmək üçün qarşımızda olan iki müxtəlif tərkibli metal kələfçədən lazımi məftili təyin
edib ondan müəyyən hissə kəsmək lazımdır.
İxtiyarımızda olan alətlər: xətkeş, mikrometr, ommetr.
• Kəsici qurğu üçün hansı tərkibli məftil seçilməlidir?
• Məftilin tərkibini necə müəyyənləşdirmək olar?
№ |
Suallar |
Bilirəm |
zəif |
orta |
yaxşı |
1 |
R = U I düsturuna görə söyləmək
olarmı ki, elektrik müqaviməti dövrə hissəsindəki cərəyan şiddətindən düz, onun uclarındakı
gərginlikdən tərs mütənasib asılıdır? Niyə?
|
|
|
|
2 |
Niyə temperatur azaldıqca metal naqilin xüsusi keçiriciliyi artır, onun xüsusi müqaviməti
isə azalır?
|
|
|
|
3 |
Mis məftilin uzunluğu 8 m, kütləsi isə 89 q-dır. Misin sıxlığı 8,9 ⋅ 103
kq/m3-dir. Məftilin
müqaviməti nəyə bərabərdir (misin xüsusi müqaviməti: 1,8 ⋅ 10-8Om ⋅ m)?
|
|
|
|