ARAŞDIRMA | 1 |
Məsələ 1. |
Elektrik qızdmcısmın əsas hissəsi xüsusi metal ərintilərindən hazırlanan naqildən ibarətdir.
Qızdırıcıda hansı naqildən istifadə olunur: a) xüsusi müqaviməti böyük olan, yoxsa kiçik? b) uzunluğu böyük olan, yoxsa kiçik? c) en kəsik sahəsi böyük olan, yoxsa kiçik? |
Dövrə hissəsi üçün Om qanunu. Naqildən elektrik cərəyanının keçməsi üçün onun uclarında potensiallar fərqinin olması zəruri şərtdir. Elektrik dövrəsinin ixtiyari hissəsinin uclanndakı potensiallar fərqi (elektrik gərginliyi) ədədi qiymətcə hamin hissə boyunca 1 Kl yük keçdikdə görülən işə bərabərdir:
U= A
q. (1).
Dövrə hissəsindən keçən cərəyan şiddəti həmin hissənin uclanndakı gərginlikdən asılıdır. Bu asılılıq 1827-ci ildə alman alimi Georq Om (1787-1854) tərəfindən təcrübi olaraq müəyyən edilmiş və Om qanunu adlanır.
• Dövrənin müəyyən hissəsindəki cərəyan şiddəti həmin hissənin uclanndakı gərginliklə düz, onun müqaviməti ilə tərs mütənasibdir:
I= U
R. (2)
İstənilən növ naqildən keçən cərəyan şiddətinin onun uclanndakı gərginlikdən asılılığı naqilin volt-amper xarakteristikası (VAX) adlanır. Metal naqillər üçün VAX koordinat başlanğıcından keçən düz xətdir (a).
• Dövrə hissəsindəki cərəyan şiddətinin onun müqavimətinə hasili gərginlik düşküsü adlanır:
U = IR. (3)
Burada R - naqilin müqavimətidir. O, naqilin əsas elektrik xarakteristikalarından biridir. Naqilin müqaviməti gərginlik və cərəyan şiddətindən asılı deyildir.
• Metal naqilin müqaviməti onun materialından, həndəsi ölçülərindən və temperaturundan asılıdır.
R = ρ ι
S. (4)
Naqilin müqaviməti ommetr adlanan cihazla ölçülür. Cihazda müqavimət Ω (omeqa) simvolu ilə işarə edilir (b). Cihazın birləşdirici naqillərini müqaviməti ölçülən metal məftilin uclarına toxundurmaq kifayət edir.
Metalların müqavimətinin temperaturdan asılılığı. Müqavimət naqildə elektrik cərəyanının yaranmasına göstərilən əks-təsirin ölçüsüdür. Klassik elektron nəzəriyyəsinə görə, metal naqildə müqavimətin yaranmasının səbəbi nizamlı hərəkət edən sərbəst elektronların kristal qəfəsin düyünlərində rəqsi hərəkətdə olan müsbət ionlarla toqquşmasıdır.