• keçdİklərİnİzİ xatirlayin •
Fizika-8 və 9 |
R - naqilin xarakteristikası olub elektrik müqavimətidir. Onun
BS-də vahidi Om-dur: [R]= [U] |
• Naqilin
müqaviməti onun uzunluğundan, en kəsik sahəsindən və hazırlandığı maddədən asılıdır:
R= 1
sρ.
Burada p — xüsusi müqavimətdir.
• Xüsusi müqavimət - ədədi qiymətcə uzunluğu 1 m, en kəsiyinin sahəsi 1 m2 olan naqilin
müqavimətidir. O, naqilin hazırlandığı maddədən asılı olan fiziki kəmiyyət olub BS-də
vahidi ommetrdir: [ρ]= [S]
[I]• [R] = 1 m2
m • Om = 1m • Om.
• Metal naqilin müqaviməti temperaturdan asılıdır. Kiçik temperatur intervalında metal naqillərin müqaviməti temperaturdan xətti asılıdır:
R = R0(1 + αΔt) və ya R = R0(1 + αΔT).
Burada α - müqavimətin temperatur əmsalıdır.
• Müqavimətin temperatur əmsalı ədədi qiymətcə naqili 1°C (1 K) qızdırdıqda onun
müqavimətinin nisbi dəyişməsinə bərabərdir: α= R-R0
R0ΔT = R-R0
R0ΔT.
Təmiz metallar üçün müqavimətin temperatur əmsalı həmişə α > 0 olur və müxtəlif metallar üçün müxtəlif qiymətə bərabərdir.
• Naqilin elektrik müqavimətinin sıfıra qədər azaldığı temperatur böhran temperaturu, ondan aşağı temperaturdakı keçiricilik isə ifrat keçiricilik adlanır.
■ |
Tibbi diaqnostikada istifadə olunan müasir fiziki cihazlardan biri ifrat keçirici kvant
interferometridir. Cihaz insan beyninin maqnitoensefaloqrafiya texnologiyasını
həyata
keçirir.
Bu texnologiya beyin neyronlarının qarşılıqlı təsiri nəticəsində yaranan elementar elektrik
cərəyanlarının zəif maqnit sahəsini ölçməyə və onu vizuallaşdırmağa imkan verir. Nəticədə
beyin xəstəliklərinin mənbəyi və inkişaf səviyyəsi aşkar olunur.
|