|
I. Elektrik keçiriciliyi: xüsusi keçiricilik.
• Elektrik keçiriciliyi (Və ya sadəcə: keçiricilik) - maddənin elektrik cərəyanını keçirə bilmək xassəsidir. Maddənin bu xassəsi ədədi qiymətcə xüsusi elektrik keçiriciliyi (və ya: xüsusi keçiricilik) adlı fiziki kəmiyyətlə xarakterizə olunur.
• Xüsusi keçiricilik—ədədi qiymətcə maddənin xüsusi müqavimətinin tərs qiymətinə bərabər fiziki kəmiyyətdir.
σ= 1
ρ.
(1)
Burada σ — maddənin xüsusi keçiriciliyi olub BS-də vahidi 1
Om ⋅ m -dir.
Xüsusi keçiriciliyin qiymətindən asılı olaraq maddələr 3 qrupa ayrılır: 1. Naqillər (keçiricilər) - xüsusi keçiriciliyi σ > 106(Om ⋅ m)-1 olub elektrikiyaxşı keçirən maddələrdir. 2. Dielektriklər - xüsusi keçiriciliy σ > 10-8(Om ⋅ m)-1 olub elektriki keçirməyən maddələrdir. Dielektrildərə aiddir: qazlar, bəzi mayelər (distillə edilmiş su, yağ və s), şüşə, kauçuk, saxsı və s. 3. Yarımkeçiricilər - xüsusi keçiriciliyi dielektriklər ilə naqillər arasında olan maddələrdir. Yarımkeçiricilərə aiddir: germanium, silisium, qalay, bəzi oksidlər və sulfidlər, telluridlər və s.
II. Metalların elektrik keçiriciliyi. Metallar xüsusi keçiriciliyinə görə iki qrupa bölünür: yüksək və zəif elektrik keçiriciliyinə malik metallar (bax: cədvəl 2.1).
Metalların elektrik keçiriciliyinin klassik elektron nəzəyyəsindən çıxan əsas nəticələr aşağıdakılardır:
1. Metallar — düyünlərində elektronunu itirən müsbət ionlar olan kristal qəfəsə malikdir. Bu ionlar yalnız öz tarazlıq vəziyyətləri ətrafında rəqsi hərəkət edir. 2. Metallarda vahid həcmdəki
sərbəst elektronların sayı (konsentrasiyası), demək olar, vahid həcmdəki atomların sayı qədərdir; məsələn, misdə sərbəst elektronların konsentrasiyası n = 8,5 ⋅ 1028m-3-dür. 3. Sərbəst elektronlar kristal qəfəsin bütün həcmində xaotik hərəkət edir. 4. Sərbəst elektronlar xaotik hərəkət etməklə yalnız ionlarla toqquşur. 5. Sərbəst elektronlar toqquşma zamanı öz kinetik enerjilərini tamamilə ionlara verir. 6. Sərbəst elektronlann hərəkəti Nyuton qanunlarına tabedir.
7. Metal xarici elektrik sahəsinə gətirildikdə (onun uclarında potensiallar fərqi yaradıldıqda) xaotik hərəkət edən sərbəst elektronlar nizamlı hərəkət alırmetal naqildə elektrik cərəyanı yaranır.