1.14. | Şəkildə iki kondensatorun birləşmə sxemi təsvir edilmişdir. Təyin edin:
a) bu kondensatorların enerjiləri arasındakı münasibəti;
b) bu kondensatorların yüklərinin miqdarı arasındakı münasibəti; c) bu kondensatorların gərginlikləri arasındakı münasibəti. |
1.15. | Yüklü zərrəcik bircins maqnit sahəsində düzxətli bərabərsürətli hərəkət edə bilərmi? Cavabmızı əsaslandırın. |
1.16. |
Şəkildə elektronun bircins maqnit sahəsində hərəkət trayektoriyası təsvir edilmişdir. Maqnit sahəsinin induksiya vektorunun istiqamətini təyin edin. |
1.17. |
Elektron bircins maqnit sahəsində induksiya xətlərinə perpendikulyar istiqamətdə υ = 5 • 106 m/san sürəti ilə hərəkət edir. Sahənin maqnit induksiya vektorunun modulu 0,02 Tl-dir. Təyin edin: a) elektrona təsir edən Lorens qüvvəsini; b) elektronun cızdığı çevrənin radiusunu. |
1.18. |
Paralel 1 və 2 naqillərindəki cərəyan şiddəti eynidir.
|
1.19. | Verilənlərə əsasən cərəyanlı naqilə təsir edən Amper qüvvəsinin modulunu təyin edin:
a) B = 2 Tl, I = 6 A, l = 75 sm, a = 0°;
b) B = 2 Tl, I = 6 A, l = 75 sm, a = 30°. |
1.20. |
Şaquli yuxan yönələn maqnit sahəsində üfüqi yerləşən metal rels üzrə keçirici çubuq hərəkət
edir.
|