Lampalar niyə eyni anda işıqlanmadı?
Təchizat: lampa (hər biri 4 V olmaqla 2 əd.), ampermetr (2 əd.), polad içlikli sarğac, rezistor (etalon müqavimət), sabit cərəyan mənbəyi (düzləndirici), açar, birləşdirici naqillər. İşin gedişi
|
Nəticənin müzakirəsi:
|
Öz-özünə induksiya EHQ. İxtiyari qapalı konturda mövcud olan elektrik cərəyanı özünəməxsus maqnit sahəsi yaradır. Konturda cərəyan şiddəti dəyişdikdə onun hüdudlandırdığı səthdən keçən maqnit seli də dəyişir. Nəticədə həmin konturda induksiya EHQ yaranır.
• Keçirici konturda cərəyan şiddətinin dəyişməsi nəticəsində həmin konturda induksiya EHQ-nin yaranması hadisəsi öz-özünə induksiya hadisəsi adlanır.
Qapalı konturda cərəyan şiddəti sıfırdan müəyyən qiymətə qədər artdığı zaman bu konturdan keçən maqnit seli də artır. Nəticədə konturda yaranan öz-özünə induksiya EHQ həmin konturdan keçən cərəyanın əksinə yönələn induksuya cərəyanı yaradır. Bu cərəyan isə əsas cərəyanm maksimal qiymət almasını ləngidir - cərəyan şiddəti maksimal qiymət alana qədər müəyyən vaxt gedir (OA əyrisi, b).
Dövrəni açdıqda isə konturda cərəyan şiddəti maksimal qiymətdən sıfıra qədər azalan zaman orada bu cərəyanı davam etdirməyə çalışan öz-özünə induksiya EHQ yaranır. O isə konturda induksiya cərəyanı əmələ gətirir. Bu cərəyan Lens qaydasına görə konturdan keçən əsas cərəyanm istiqamətinə yönəlməklə onun azalmasını ləngidir (BC əyrisi, b).
Deyilənlərdən aydm olur ki, konturda yaranan məxsusi maqnit seli həmin konturdan keçən cərəyan şiddəti ilə mütənasibdir: φ~I və ya:
φ=LI. (1)