• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN •
Fizika - 7,9 və 10 |
Ətalətlilik - cismin mühüm xassələrindən biridir. Ətalət latın sözü “inertis” olub
fəaliyyətsizlik, tənbəllik mənasmda işlənir. |
Ek = mυ2
2.
Müxtəlif maddələrin yaratdığı maqnit induksiyası müxtəlif olduğundan onların maqnit xassələri bir-birindən fərqlənir. Maddələrin maqnit xassələri maqnit nüfuzluğu adlanan fiziki kəmiyyətlə xarakterizə edilir.
Maddənin maqnit nüfuzluğu — bircins mühitdə B maqnit induksiyasının modulunun vakuumdakı B0 maqnit induksiyasının modulundan neçə dəfə fərqləndiyini göstərir:
μ= B
B0 => B = μB0.
Burada μ (mü) — maddənin maqnit nüfuzluğudur. O, vahi adsız olan fiziki kəmiyyətdir.
• Xarici təsir olmadan qazın elektrik cərəyanını keçirməsi müstəqil boşalma adlanır. Müstəqil boşalmanın növlərindən biri qığılcım boşalmasıdır.
• Qığılcım boşalması - havada elektrodlar arasında yüksək gərginlik olduqda baş verir və nazik ziqzaq formalı işıqlı kanallar dəstəsi şəklində müşahidə edilir. Boşalma kanalında temperatur 10 000 °C, cərəyan şiddəti 5000 A, gərginlik isə 104 V-a qədər ola bilir.
■ |
İşlək vəziyyətdə olan elektrik məişət cihazlarının (tozsoran, televizor, qızdmcı və s.)
çəngəlini elektrik yuvasından çıxaran zaman yaranan ani qığılcımı, yəqin ki, hər biriniz
müşahidə etmisiniz. Bu o deməkdir ki, havada çəngəl ilə elektrik yuvasının kontaktları
arasında minlərlə volt gərginliyə malik qığılcım boşalması yaranmışdır. Belə qığılcım
boşalması bəzən işlədicinin çəngəlini, yaxud da elektrik yuvasının kontaktını yandırıb
sıradan çıxarır.
|