Keçirici qapalı konturda yaranan induksiya cərəyanının şiddəti dövrə hissəsi üçün Om qanununa əsasən müəyyən olunur:
li = εi
R = 1R
ΔφΔt
və ya εiR
= - εiR
ΔφΔt
.
(4)
Burada R - konturun müqavimətidir.
Maqnit sahəsində hərəkət edən naqildə induksiya EHQ. Naqil maqnit sahəsində hərəkət etdikdə onun sərbəst yükləri də naqillə birlikdə hərəkət edir. Bu səbəbdən maqnit sahəsi hər bir yükə Lorens qüvvəsi ilə təsir edir. Nəticədə yüklər naqil daxilində yerlərini dəyişərək nizamlı hərəkət edir - naqildə induksiya EHQ yaranır. Yaranan induksiya EHQ naqilin maqnit sahəsinə düşən hissəsinin
uzunluğundan,sürəti və maqnit induksiya vektorlarının modulundan asılıdır. Bunu elektromaqnit induksiyası qanununa əsasən asanlıqla isbat etmək olar.
Fərz edək ki, uzunluğu ι olan naqil induksiyası olan bircins maqnit sahəsində induksiya vektoruna perpendikulyar istiqamətdə Δx = υΔt qədər yerini dəyişdi (b). Bu zaman naqildə yaranan induksiya EHQ:
εi = ΔφΔt
= BΔS
Δt = BlΔx
ΔtBlυΔt
Δt = Blυ.
Burada Δφ = BΔS və ΔS = lΔx olduğu nəzərə alınmışdır (bax: b). Naqilin hərəkət sürəti maqnit induksiya vektoru ilə a bucağı təşkil edərsə, naqildə yaranan induksiya EHQ:
εi = Blυsinα. (5)
Maqnit sahəsində hərəkət edən naqildə yaranan induksiya cərəyanının istiqamətini sağ əl qaydası ilə təyin etmək əlverişlidir:
• Sol əl maqnit sahəsində elə tutulur ki, vektoru ovuca daxil olsun və açılan dörd barmaq naqilin hərəkəti istiqamətində yönəlsin, bu zaman 90° açılmış baş barmaq induksiya cərəyanının istiqamətini göstərəcəkdir.
|
Nəticənin müzakirəsi:
|