2. Maqnit seli azalır (Δφ < 0 ). Bu o halda mümkündür ki, maqnit konturdan çıxarılır. Nəticədə maqnit seli azalır. Konturda yaranan induksiya cərəyanı elə istiqamətdə olur ki, onun məxsusi maqnit induksiya vektoru maqnitin induksiya vektoru ilə eyni istiqamətə yönəlir. Bu halda maqnit və kontur müxtəlifqütblü maqnitlər kimi bir-birini cəzb edir (bax: e). Sağ yivli burğu qaydasına əsasən müəyyən olunur ki, induksiya cərəyanı saat əqrəbi hərəkətinin əksi istiqamətindədir.
Beləliklə, keçirici qapalı konturda yaranan induksiya cərəyanı həmişə elə istiqamətə yönəlir ki, onun məxsusi maqnit sahəsi bu cərəyanın yaranmasına səbəb olan xarici maqnit selinin dəyişməsinə mane olsun.
Bu, induksiya cərəyanının istiqamətini təyin etməyə imkan verən Lens qaydasıdır.
Maqnit sahəsinin induksiyasını təyin edin
|
Nəticənin müzakirəsi:
|
|||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|