- əgər induksiya vektoru səthə paraleldirsə - səthin normalına perpendikulyardır- sa, α = 90° → cos 90° = 0 olur və səthdən keçən maqnit seli də sıfıra bərabər olur: φ = 0. Deməli, səthi kəsib keçməyən induksiya vektorları maqnit seli yaratmır.
Maqnit induksiya selinin BS-də vahidi veberdir (1 Vb):
[φ] = [B][S]=1Tl • m2=1 N
A • m • m2=1
N • m
A=
1 C
A = 1Vb.
• 1 veber - induksiyası 1 Tl olan maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşdirilən 1 m2 səthdən keçən maqnit selidir.
Elektromaqnit induksiyası hadisəsi.
İngilis alimi Maykl Faradeyin (1791-1867) 1831-ci ildə kəşf etdiyi elektromaqnit induksiyası hadisəsi elektrik və maqnit sahələrinin qarşılıqlı əlaqəsinin mövcud olduğunu göstərdi.
Bilirsiniz ki, qalvanometrə birləşdirilən sarğaca sabit maqnit daxil etdikdə və çıxardıqda sarğacın konturlarında (dolaqlarında) induksiya cərəyanı yaranır. Maqnit sarğacın daxilində sükunətdə olarsa və ya fırladılarsa, cərəyan yaranmır. Deməli, induksiya cərəyanının yaranmasına səbəb maqnit selinin dəyişməsidir (d və e).
• Keçirici konturla hüdudlanmış səthdən keçən maqnit selinin dəyişməsi nəticəsində konturda elektrik cərəyanının yaranması elektromaqnit induksiyası hadisəsi adlanır.
İnduksiya cərəyanının istiqaməti maqnit selinin artması və ya azalmasından asılıdır.
1. Maqnit seli artır (Δφ > 0). Bu o halda mümkündür ki, maqnit kontura yaxınlaşır. Nəticədə maqnit seli artır, konturda yaranan induksiya cərəyanı özünün məxsusi maqnit sahəsini yaradır. Həmin
sahə yaxınlaşmaqda olan maqniti itələyir. Deməli, konturda cərəyan yaradan xarici maqnit sahəsinin induksiya vektoru ilə induksiya cərəyanının yaratdığı maqnit sahəsinin induksiya vektoru qarşı-qarşıya yönəlir (bax: d). Bu halda maqnit və kontur eyniqütblü maqnitlər kimi bir-birini itələyir. -nin istiqamətini bilməklə və dairəvi cərəyanlar üçün sağ yivli burğu qaydasmı tətbiq etməklə konturda yaranan induksiya cərəyanının istiqaməti asanlıqla təyin edilir - induksiya cərəyanı saat əqrəbinin hərəkəti istiqamətindədir.
• Dairəvi cərəyan üçün sağ yivli burğu qaydası: burğunun dəstəyini dairəvi cərəyan istiqamətində burduqda burğunun irəliləmə hərəkətinin istiqaməti dairəvi cərəyanın daxilində maqnit sahəsinin induksiyasının istiqamətini göstərəcəkdir (f).