İşin gedişi.
|
Nəticənin müzakirəsi:
|
Maqnit seli. Bircins maqnit sahəsində qapalı kontur (çərçivə) yerləşdirilərsə, bu konturun hüdudlandırdığı səthin S sahəsindən müəyyən sayda maqnit induksiya xətləri keçər (c). Həmin induksiya xətlərinin sayı ilə mütənasib olan kəmiyyət maqnit induksiya seli və ya sadəcə maqnit seli adlanır.
• Maqnit induksiya seli (φ) - ədədi qiymətcə maqnit induksiya vektorunun modulu, konturun sahəsi və konturun normalı ilə induksiya vektoru arasında qalan bucağın kosinusu hasilinə bərabər kəmiyyətdir.
φ = BScosα
Maqnit seli skalyar kəmiyyət olub mənfi, müsbət və ya sıfıra bərabər ola bilər:
- əgər induksiya vektoru ilə konturun normalı arasındakı bucaq iti bucaqdırsa, maqnit seli müsbət, kor bucaqdırsa, mənfidir;
- əgər induksiya vektoru səthə perpendikulyardırsa, yəni səthin normalına paraleldirsə, α = 0° → cos 0° = 1 olur və səthdən keçən maqnit seli maksimum qiymət alır: