• 1 tesla - elə bircins maqnit sahəsinin induksiyasıdır ki, bu sahə maqnit induksiya xətlərinə perpendikulyar yerləşən 1 m uzunluqlu naqildən şiddəti 1 A olan cərəyan keçdikdə ona 1 N qüvvə ilə təsir etsin.
• Hər bir nöqtəsində -nin qiymət və istiqaməti eyni olan sahə bircins maqnit sahəsi adlanır.
Maqnit sahəsi üçün superpozisiya prinsipi ödənilir: əgər maqnit sahəsini bir neçə cərəyanlı naqil yaradırsa, yekun sahənin induksiya vektoru ayrı-ayrı cərəyanlı naqillərin yaratdığı maqnit sahələrinin induksiya vektorlarının həndəsi cəminə bərabərdir:
Maqnit sahəsini əyani təsvir etmək üçün onu maqnit induksiya xətləri ilə təsvir edirlər (d):
•Maqnit sahəsinin induksiya xətləri - hər bir nöqtəsinə çəkilən toxunan həmin nöqtədə maqnit induksiya vektoru ilə üst-üstə düşən xətlərdir.
Maqnit sahəsinin induksiya xətləri qapalıdır, onların başlanğıcı və sonu yoxdur.
• Qüvvə xətləri qapalı olan sahəyə burulğanlı sahə deyilir.
Amper qüvvəsinin elektrik ölçü cihazlarına tətbiqləri. Məlumdur ki, elektrik ölçü cihazlarının - ampermetr, voltmetr və vattmetrin müxtəlif sistemləri mövcuddur. Bunlar maqnitoelektrik, elektromaqnit və elektrodinamik sistemlərdir. Həmin sistemlərin hamısının iş prinsipi maqnit sahəsinin cərəyanlı naqilə təsirinə əsaslanır.
• Maqnitoelektrik sistemli cihazın iş prinsipi ölçülən cərəyanın keçirici çərçivədən keçməsi nəticəsində onun yaratdığı maqnit sahəsi ilə sabit maqnitin qarşılıqlı təsirinə əsaslanır (e).
• Elektromaqnit sistemli cihazın iş prinsipi ölçülən cərəyanın sarğacdan keçməsi nəticəsində onun yaratdığı maqnit sahəsinin bu sahədə yerləşən polad içliklə qarşılıqlı təsirinə əsaslanır (f).
• Elektrodinamik sistemli cihazın iş prinsipi ölçülən cərəyanın tərpənməz sarğac və onun içərisində fırlana bilən sarğacdan keçdikdə onların yaratdıqları maqnit sahələrinin qarşılıqlı təsirinə əsaslanır (g).